- 10:36
Nəsimi rayonu ərazisində yüksək məvacibli iş təklif edərək vətəndaşları dələduzluq yolu ilə aldadan 26 yaşlı Ə.Əkbərov və 35 yaşlı T.Əzizi polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Onların iki nəfərin etibarından sui-istifadə edərək 28 min manat pul vəsaitini dələduzluq edərək eldə etdikləri müəyyən edilib.
Araşdırmalar aparılır.