Bakıda cibgirlik edən şəxs saxlanıldı


  • 12 Aprel 22:29

Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən əvvəllər məhkum olunan 37 yaşlı Z.Kəlfəliyevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, onun Xəzər rayonunda bir vətəndaşa məxsus içərisində 650 manat və bank kartı olan pul kisəsini ələ keçirdiyi məlum olub.

Həmin şəxsin digər analoji əməllərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər