Məzmuna keç

Zaqatalada avtomobilin vurduğu piyada ölüb

Zaqatalada avtomobilin vurduğu piyada ölüb.

E-huquq.az xəbər verir ki, hadisə bu gün saat 21:00 radələrində Zaqatala rayonu ərazisində baş verib.

Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada – 55 yaşlı İmdat İsmayılovu vurub. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.