- 19:01
Xəzər dənizində bu gün 3.1 maqnitudalı dördüncü zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:21-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 25 kilometrdir.
***
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, yerli vaxtla aprelin 14-ü saat 06:43-də qeydə alınan zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.
***
Xəzər dənizində zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə 3.2 maqnitudalı zəlzələ saat 03:03-də qeydə alınıb.
Zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.