- 14 Aprel 17:26
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Pərişan Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
E-huquq.az xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə aprelin 11-də baş verib. Masazır qəsəbəsində P.Süleymanova və N.İsgəndərli kəsici-deşici alətlə xəsarət yetirilib, onlar aldıqları xəsarətdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.