Şəmkirdə evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanıldı


  • 09:57

Şəmkirdə evdən oğurluq edən şəxs tutulub.

E-huquq.az-ın məlumatına görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.

Araşdırmalarla müəyyən edilib ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər