- 20 Aprel 21:34
Pirallahıda 58 yaşlı kişini avtomobil vuraraq öldürüb.
E-huquq.az xəbər verir ki, Pirallahı-Qala yolunun Dübəndi bağ massivində 1988-ci il təvəllüdlü Umudov İntizar Lətif oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Salmanov Alətdin Əbdül oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.