Tovuzda 6 yaşlı uşağı cərəyan vuraraq öldürdü


  • 13:36

Tovuz rayonunun Çatax kəndində 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

E-huquq.az-ın məlumatına görə, kənd sakini, 2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub.

Uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.

İlkin məlumata əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Report

Oxşar xəbərlər