Xəzər dənizində zəlzələ olub


  • 14:45

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 16 zəlzələ olub.

Oxşar xəbərlər