Polis 21 kiloqrama yaxın narkotik vasitə aşkarladı


  • 20:48

Azərbaycanda ötən gün polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aşkar olunan narkotik vasitələrin miqdarı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 21-də ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər