- 09:13
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.