- 18:02
Şəkidə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var.
E-huquq.az xəbər verir ki, gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaca çırpılıb.
Nəticədə, nəqliyyat vasitəsində olan sərnişinlər 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıblar. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.