Bakı və Gəncədə bağlı qapı arxasında qalan şəxslər xilas edildi


  • 18:39

Bakı və Gəncə şəhərlərində köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib.

Oxşar xəbərlər