- 19:23
Cəlilabadda qəza nəticəsində xəsarət alanlardan 5 nəfərin şəxsiyyəti məlum olub.
E-huquq.az xəbər verir ki, qəza nəticəsində 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999- cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov xəsarət alıblar.
***
18:00
Cəlilabadda qəza nəticəsində 7 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, Zopun kəndində “Vaz 2106” və “Lada” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 7 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
17:50
Cəlilabad rayonunda buraxılış imtahanından qayıdan şagirdləri daşıyan minik avtomobili qəzaya düşüb.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.
9-cu sinif şagirdlərinin olduğu avtomobil hərəkətdə olan digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda xəsarət alanların sayı və vəziyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.