Məzmuna keç

Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürdü

Bakıda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

E-huquq.az xəbər verir ki, Abaszadə Murad Müslüm oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman yolu keçən piyada – 2010-cu il təvəllüdlü Əliyev Emil Kamil oğlunu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.