Ağstafada yeniyetməni "tok" vurub öldürdü


  • 14:25

Ağstafada bədbəxt hadisə baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü A.Hüseynov yaşadığı evin həyətində oynayarkən elektrik cərəyanı vurub. Yeniyetmə hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər