Cəlilabadda yeniyetməni avtomobil vuraraq öldürdü


  • 09:31

Cəlilabadda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

E-huquq.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi "VAZ 21043" minik markalı avtomobillə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.

Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər