39 yaşlı qadın dəm qazından boğularaq öldü


  • 11:23

İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, Qızılkənd kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Oxşar xəbərlər