Ağdamda ağır yol qəzası baş verdi - 2 nəfər öldü, 4 nəfər yaralandı


  • 20:34

Ağdamda yol qəzası baş verib, ölənlər və yaralananlar var.

E-huquq.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər