- 14:02
Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, mayın 1-i saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mercedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.