Abşeronda 19 yaşlı oğlan öldürüldü


  • 18:52

Abşeron rayonunda qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü İsrail Moxramovun bıçaqlanaraq öldürüldüyü bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

Oxşar xəbərlər