Ağdamdakı ağır qəzada ölənlərin sayı 4-ə çatdı - YENİLƏNDİ


  • 08:59

Ağdam rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

E-huquq.az xəbər verir ki, ağır yaralananlardan daha bir nəfər həyatını itirib. Bununla da qəza nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

***

08:12

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər