Lökbatanda anbardakı yanğın nəzarətə götürüldü - FOTO - VİDEO - YENİLƏNİB


  • 12 May 14:54

Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 77 atış həyata keçirib.

Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, indiyədək yanğın baş verən əraziyə ümumilikdə 200 ton su tökülüb.

Hazırda atışlar davam edir.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yanğında mayın 12-si saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

E-huquq.az xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər