- 12 May 19:25
Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qobuqıraq kəndində qeydə alınıb.
"VAZ" markalı minik avtomobili 1966-cı il təvəllüdlü T.Məmədovu vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.