Samuxda quyuya düşən şəxs xilas edildi - VİDEO


  • 18:59

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonu, Çobanabadlı kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Fərmanlı Rauf Ələddin oğlu 20 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Oxşar xəbərlər