Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində öldü


  • 22:35

Azərbaycanın Təbriz şəhərindəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.

Oxşar xəbərlər