Füzulidə kişini ildırım vuraraq öldürdü


  • 24 May 23:13

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.

Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər