- 15 Avqust 23:22
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 08:40-da qeydə alınıb.
Zəlzələ ocağı 29 kilometr dərinlikdə yerləşib.