Goranboyda iki maşın toqquşdu - Yaralılar var


  • 10:44

Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü İsmayıl Namazov, 1965-ci il təvəllüdlü Suruş Məmmədova və 1962-ci il təvəllüdlü Sarif Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər