Sumqayıtda mənzildə yanğın oldu


  • 1 İyun 23:02

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan mənzilin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 m² sahədə ayaqqabı rəfi və bir ədəd elektrik yuvası yanıb.

Xəsarət alan olmayıb.

Mənzil yanğından mühafizə olunub.

Oxşar xəbərlər