İmişlidə açıq ərazidə və sexdə yanğın oldu


  • 20:09

İmişli rayonunda yanğın olub.

E-huquq.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun 3-cü kilometrliyində qeydə alınıb.

Açıq ərazidə başlayan yanğın nəticəsində 10 ha sahədə kol-kos və tamet sexinin, həmçinin köməkçi tikilinin yanar konstruksiyalarının yandığı bildirilir.

Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər