Naxçıvanda yeddi yaşlı uşaq su kanalında boğularaq öldü


  • 10:09

Naxçıvan şəhərində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, 2019-cu il təvəllüdlü Q.E. kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. O, sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər