Goranboyda qəza: 2 nəfər öldü


  • 14:24

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Səmədabad kəndinin ərazisində qeydə alınıb.

"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər