Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNDİ


  • 9 İyun 20:47

Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, həmçinin yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.

Yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə qamışlıq yanıb.

Yaxınlıqda yerləşən tikililər və ətraf ərazilər yanğından mühafizə olunub.

***

19:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər