Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü


  • 09:03

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.

E-huquq.az xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü İlkin Hüseynov idarə etdiyi "VAZ" markalı avtomobillə həmkəndlisi, piyada, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub.

Yaralı xəstəxanaya aparılsa da, 62 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər