Ağdamda mağazaya düşən ildırım yanğına səbəb oldu - FOTO - YENİLƏNDİ


  • 14 İyun 18:11

Ağdam rayonunun Qaradağlı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, kənddə bir dam altında tikilmiş ümumi sahəsi 1613 m² olan birmərtəbəli tikililərdən sahəsi 690 m² olan anbarın, sahəsi 90 m² olan tikinti materialları satışı mağazasının, sahəsi 220 m² olan ikiotaqlı evin yanar konstruksiyaları və sahəsi 85 m² olan talvarın taxta atmaları 30 m² (ümumilikdə 1030 m²) sahədə yanıb.

Talvarın qalan hissəsi, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

10:25

Ağdam rayonunun Qaradağlı kəndində mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

09:32

Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi

Oxşar xəbərlər