- 15 İyun 14:55
Cəlilabad rayonunda qazıntı işləri aparılarkən yeraltı qaz kəməri zədələnib, 8 kəndim qaz təchizatında fasilə yaranıb.
E-huquq.az-ın məlumatına görə, Cəlilabad rayonunun Bəcrəvan kəndində müvafiq qurum tərəfindən aparılan qazıntı işləri zamanı yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində qaz sızması baş verib.
Yaranmış qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə rayonun Privolnoye, Hacıcavad, Ağdaş, Soyuqbulaq, Çünzəli, Xəlilabad, Hamarqışlaq və Allahverən kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.