Əhmədlidəki yanğın söndürüldü - YENİLƏNİB


  • 14:41

Əhmədlidə açıq ərazidə baş verən yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər