- 12:01
Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusu aşması səbəbilə xəsarət alan 28 nəfər xəsarət alıb.
Bu barədə e-huquq.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusu aşması səbəbilə xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) bu gün saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
İdarədən e-huquq.az-a verilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.
Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə holun sol kənarındakı beton arakəsmələrə dəyib. Daha sonra aşıb.
Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.
E-huquq.az xəbər verir ki, qəzada Zaqatala rayon sakinləri - 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.
Bundan başqa Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.
Onlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Zaqatala-Bakı marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu aşıb. Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 7-si Hacıqabul, 14-ü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.