Məzmuna keç

Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı

12 iyul tarixində Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Yaqub Abutalıbovun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

E-huquq.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.