Bakıda bu ilin birinci yarısında 6909 cinayət törədilib


  • 17:46

Bakı şəhərinin ərazisində prokurorluq və daxili işlər orqanları üzrə 2026-cı ilin birinci yarım ilində cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının cari ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, onların 93,2 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarımilində paytaxt ərazisində törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.

Oxşar xəbərlər