Tərtərdə avtomobil qəzası zamanı iki nəfər öldü


  • 18:41

Tərtər rayonunda minik avtomobili yük maşını ilə toqquşub.

E-huquq.az xəbər verir ki, qəza nəticəsində həlak olan iki nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində “Mercedes” markalı avtomobildə 2 nəfərin meyiti sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Bərdə rayonu, Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlunun və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızının meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər