- 14:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə e-huquq.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
09:05
Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.
E-huquq.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.