Qazaxda ata və qızı göldə batdı


  • 20 İyul 16:49

Qazaxda iki nəfər göldə batıb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb.

Belə ki, Canallı kənd sakinləri Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə batıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər