- 20 İyul 23:56
Salyanda yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, hadisə zamanı xəsarət alan, rayonun Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
19:57
Salyan rayonunda baş verən yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.
***
18:55
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report