- 20 İyul 23:56
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Sumqayıt şəhəri ərazisində yerləşən mənzillərin birindən televizor, paltaryuyan maşın və digər məişət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Ə.Aşurov və 46 yaşlı M.Salayev müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları satdıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.