Xəstəxana zirzəmisində ölü döl tapılması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB


  • 14:10

Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə prokurorluq araşdırma aparır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Vital Hospital"la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

***

"Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir".

Bu barədə e-huquq.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.

Oxşar xəbərlər