Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verdi


  • 18:38

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər