- 22 İyul 19:02
Cəlilabad rayonunda 21 yaşlı gənc ağacları suvarmaq üçün nəzərdə tutulan kiçik su anbarında boğularaq həyatını itirib.
E-huquq.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində yerləşən meyvə bağlarından birində qeydə alınıb.
İlkin məlumata görə, 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu sərinləmək məqsədilə su anbarına daxil olub. Bir müddət sonra onunla eyni ərazidə olan şəxslər gənci görə bilmədikləri üçün axtarışa başlayıblar.
Axtarışlar nəticə vermədiyindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Xilasedicilər Kənan Mahmudlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.