Yevlax sakini həmyerlisini odlu silahdan atəş açaraq qətlə yetirdi


  • 23 İyul 23:36

Yevlax rayonu ərazisində 1984-cü il təvəllüdlü rayon sakini Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilininən 1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, qətl hadisəsi ötən ay baş verib.

Oxşar xəbərlər